...

"Zəfəran" apteklər şəbəkəsi Xocalı faciəsi qurbanlarının ailələrinə humanitar yardım aksiyasında iştirak edəcək

Cəmiyyət Materials 24 Fevral 2012 11:00 (UTC +04:00)
Azərbaycanda ən iri aptek şəbəkələrindən biri olan "Zəfəran" Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş Milli Qırmızı Aypara Cəmiyyətinin humanitar aksiyasında iştirak edəcək.
"Zəfəran" apteklər şəbəkəsi Xocalı faciəsi qurbanlarının ailələrinə humanitar yardım aksiyasında iştirak edəcək

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycanda ən iri aptek şəbəkələrindən biri olan "Zəfəran" Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş Milli Qırmızı Aypara Cəmiyyətinin humanitar aksiyasında iştirak edəcək.

Trend-in məlumatına görə, fevralın 27-28-də Qırmızı Aypara Cəmiyyətinin Xocalı rayon komitəsi Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarının yataqxanalarında yaşayan Xocalı faciəsi qurbanlarının 150 ailəsinə ərzaq məhsullarının paylanmasını təşkil edəcək.

Belə aksiyalar Qırmızı Aypara Cəmiyyəti tərəfindən hər il keçirilir.

Bu il xeyriyyə aksiyasında "Zəfəran" apteklər şəbəkəsi də iştirak edəcək. Bu günlərdə şirkət humanitar sahədə səmərəli əməkdaşlığa görə Qırmızı Aypara Cəmiyyətindən fəxri fərman alıb.

"Zəfəran" 2008-ci ilin dekabr ayında Bakıda və Azərbaycanın digər regionlarında təsis edilmiş apteklər şəbəkəsidir.

Hazırda "Zəfəran" apteklər şəbəkəsi Azərbaycanın 25 şəhərində təmsil olunur və buraya 60-dək aptek daxildir. Müxtəlif imkanlı alıcıların geniş dairəsi üçün nəzərdə tutulan apteklər şəbəkəsi aparıcı xarici istehsalçıların 10 000-dən artıq çeşidini təklif edir.

"Zəfəran" apteklər şəbəkəsi Azərbaycan Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş yalnız sertifikatlaşdırılmış əczaçılıq məhsulları ilə işləyir.

Xəbər lenti

Xəbər lenti