...

Rəbiyət Aslanova: Vətəndaşın şəxsi mülkiyyətinə toxunmaq qanunsuz addımdır

Cəmiyyət Materials 2 Mart 2012 13:38 (UTC +04:00)
Vətəndaşın şəxsi mülkiyyətinə toxunmaq qanunsuz addımdır. Əks halda bu, xoşagəlməz insidentə səbəb ola bilər.
Rəbiyət Aslanova: Vətəndaşın şəxsi mülkiyyətinə toxunmaq qanunsuz addımdır

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir M.Əliyev/

Vətəndaşın şəxsi mülkiyyətinə toxunmaq qanunsuz addımdır. Əks halda bu, xoşagəlməz insidentə səbəb ola bilər. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Qubada martın 1-də baş verən insidentə münasibət bildirərkən Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyət Aslanova deyib.

"Biz qanuni dövlətdə yaşayırıq və bütün proseslər qanuni yolla baş verməlidir. Azərbaycanda hər hansı narazılıqları aşkara çıxarmaq üçün müvafuq qurumlar var. Bu baxımdan Qubada baş verən məlum insidentin səbəbləri araşdırılacaq", - Aslanova bildirib.

O, qeyd edib ki, istənilən halda bütün problemlər yalnız qanun çərçivəsində həll olunmalıdır, istənilən özbaşınalıq yolverilməzdir.

Qubada icra başçısının evinin yandırılmasına münasibət bildirən Aslanova deyib ki, Azərbaycanda mülkiyyət hüququ var və hər kəsə aid olan mülkiyyət toxunulmazdır.

Xəbər lenti

Xəbər lenti