...

Gəncə Şəhər Təhsil İdarəsinin yeni müdiri ictimaiyyətə təqdim olunub

Cəmiyyət Materials 2 Mart 2012 19:45 (UTC +04:00)
Cümə günü Gəncə Şəhər Təhsil İdarəsinin yeni müdiri Zakir Hüseynov ictimaiyyətə təqdim olunub.
Gəncə Şəhər Təhsil İdarəsinin yeni müdiri ictimaiyyətə təqdim olunub

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İ.İsabalayeva/

Cümə günü Gəncə Şəhər Təhsil İdarəsinin yeni müdiri Zakir Hüseynov ictimaiyyətə təqdim olunub.

Trend-in məlumatına görə, bundan əvvəl müdir vəzifəsini müvəqqəti olaraq müdir müavini İsmayıl İsmayılov icra edirdi.

Qeyd edək ki, İdarənin sabiq müdiri Mahal Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən gedib.

Zakir Hüseynov Mir Cəlal Paşayev adına 39 saylı məktəbin direktoru olub.

Tədbirdə iştirak edən Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev Hüseynova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti