...

Azərbaycanın dövlət rabitə operatoru bəzi xidmətlər üzrə güzəştli tariflər tətbiq edir

Cəmiyyət Materials 7 Mart 2012 11:22 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi martın 7-dən aprelin 1-dək operator tərəfindən bəzi xidmətlərə güzəştli qiymətlər tətbiq edir.
Azərbaycanın dövlət rabitə operatoru bəzi xidmətlər üzrə güzəştli tariflər tətbiq edir

Azərbaycan, Bakı, 7 mart / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi martın 7-dən aprelin 1-dək operator tərəfindən bəzi xidmətlərə güzəştli qiymətlər tətbiq edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin məlumatında deyilir.

Operatorun göstərdiyi aksiya çərçivəsində ikinci stasionar telefon xəttinə keçirilməsi üzrə 50 faizlik endirim (40 manat) nəzərdə tutulur. Birləşdirilmiş çıxışın avadanlığının (IAD - Integrated Access Device) tam dəyərinin ödənişi zamanı təşkilat üçün hər bir virtual nömrənin qiyməti 20 manat, simsiz CDMA şəbəkəsinə qoşulma isə ödənişsiz həyata keçiriləcək.

Bununla yanaşı, abonentlər internetdən ayrılan xəttin ödənişsiz qoşulması imkanı əldə edəcəklər. Yeni abonentlər üçün 1Mbit/saniyə sürəti üzrə İnternet şəbəkəsinə limitsiz qoşulmanın bir aylıq dəyəri 15 manat, 2Mbit/s - 20 manat və 3Mbit/s isə 25 manatdır.

Xəbər lenti

Xəbər lenti