...

Xorvatiya turizm mövsümündə Azərbaycan vətəndaşları üçün vizaları ləğv edəcək

Cəmiyyət Materials 10 Mart 2012 10:41 (UTC +04:00)

Xorvatiya hökuməti aprelin 1-dən oktyabrın 31-dək Azərbaycan, eləcə də Ukrayna, Qazaxıstan və Rusiya vətndaşları üçün viza rejimini ləğv edəcək. Trend-in məlumatına görə, bu barədə Xorvatiyanın "Vecepnji List" qəzeti yazır.

"Bu ölkələrin vətəndaşları üçün viza rejiminin ləğvi haqqında qərar yay turizm mövsümü üçün qəbul edilib", - qəzet yazır.

Müəyyən ounmuş qaydalara görə bu ölkələr - həqiqi xarici pasport təqdim edən vətəndaşları - yarım il ərzində birinci giriş tarixindən 90 gün müddətə qədər vizasız Xorvatiyaya girə, həmçinin onun ərazisi vasitəsilə tranzit gedişi həyata keçirə biləcəklər. Xorvatiyanın əcnəbilər üçün məcburi sığortanı tətbiq etməsilə əlaqədar, səfər üçün tibbi sığortanın beynəlxalq polisinə malik olmaq lazımdır. Səyahəti yerüstü nəqliyyatla həyata keçirən Azərbaycan vətəndaşları onlarda qüvvədə olan çoxdəfəli Şenqen vizaları olmadığı halda Xorvatiyaya səfərdən əvvəl Macarıstanın və ya başqa xarici ölkələrin ərazisindən tranzit keçmək üçün iki və ya çoxdəfəli vizalar rəsmiləşdirməlidirlər.

Ehtimal olunur ki, 2013-cü il iyulun 1-dən ölkə Avropa İttifaqının tamhüquqlu üzvü olacaq və ona görə də üçüncü ölkələr üçün viza rejiminin ləğvi haqqında məsələni müstəqil həll edə bilməyəcək.

Xəbər lenti

Xəbər lenti