...

Azərbaycanda turoperatorların yaradılması təklif olunur

Cəmiyyət Materials 13 Mart 2012 15:48 (UTC +04:00)
Azərbaycanda yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində turoperatorların yaradılması təklif edilir.
Azərbaycanda turoperatorların yaradılması təklif olunur

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində turoperatorların yaradılması təklif edilir.

Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, turoperator fəaliyyəti lisenziyalaşdırılmış turizm təşkilatçısıdır. Turoperator fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış və barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinə daxil edilən hüquqi şəxsdir. Turoperatorlar turizm məhsulunu hazırlayacaq, onun təqdim edilməsini birbaşa və ya turagent vasitəsilə həyata keçirəcəklər.

Turagent isə turoperatorla müştəri arasında vasitəçi kimi çıxış edən müvafiq lisenziya almış hüquqi və ya fiziki səxsdir. Turagent heç bir mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyekti və nəqliyyat vasitələri ilə birbaşa müqavilə imzalamaq hüququna malik deyil. O, xidmətləri yalnız turoperatorun vahid turist yollayışı və turist vauçeri əsasında həyata keçirə bilər.

Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Aydın Məmmədov çərşənbə axşamı Trend-ə deyib ki, turopetor hotellərlə birbaşa əməkdaşlıq əlaqəsi qurur. Turoperator hotellərdəki yerləri bir yerdə alır, sonradan isə onu turagentlərə satır.

"Turoperatorun müştərisi turagentdir. Turagentin müştərisi isə sıravi vətəndaşlardır. Turizm agentlikləri nömrə lazım olduqda turoperatora müraciət etməlidirlər. Beynəlxalq təcrübədə bu belədir", - Məmmədov deyib.

Qeyd edək ki, "Turizm haqqında" yeni qanun layihəsi hazırda ictimai müzakirədədir.

Xəbər lenti

Xəbər lenti