...

Azərbaycanda qanunsuz ov edən daha 4 nəfər saxlanılıb

Cəmiyyət Materials 14 Mart 2012 16:25 (UTC +04:00)
Azərbaycanda keçirilən reydlər zamanı qanunsuz ov edən 4 nəfərdən 4 ədəd ov tüfəngi və 2 ədəd patron götürülərək müvafiq qaydada aktlaşdırılıb.
Azərbaycanda qanunsuz ov edən daha 4 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçirilən reydlər zamanı qanunsuz ov edən 4 nəfərdən 4 ədəd ov tüfəngi və 2 ədəd patron götürülərək müvafiq qaydada aktlaşdırılıb. Bu barədə çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə keçirilən növbəti reydlər zamanı Qırmızıkənd Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər (1 ov silahı), Zəvvar Ovçuluq Təsərrüfatının ərazisində 2 nəfər (2 ov silahı) və İlisu Dövlət Təbiət Qoruğunun ərazisində 1 nəfər (1 ov silahı və 2 ədəd patron) saxlanılaraq həmin şəxslər barəsində protokol tərtib olunub və qanunvericiliyə uyğun qaydada tədbirlər görülüb.

Məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti