Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir M.Əliyev/
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) heç bir borcu yoxdur. Bu barədə Trend-ə DSMF mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib.
Onun sözlərinə görə, bəzi Azərbaycan KİV-lərində Fondun "Akkord"u məhkəməyə verməsi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil.
"Akkord" sosial sığorta haqlarını vaxtı-vaxtında ödəyən şirkətlərdən biridir. Dövlət Sosial Müdafiə Fondu ilə həmin şirkət arasında heç bir narazılıq baş verməyib", - qurumun sözçüsü bildirib.
Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində "Akkord"un Dövlət Sosial Müdafiə Fondu tərəfindən 8 min manat məbləğində borcun ödənilməməsi səbəbindən məhkəməyə verilməsi, bank hesablarına həbs qoyulması, əmlakının satılması ilə bağlı informasiyalar yer alıb.
"Akkord"un Dövlət Sosial Müdafiə Fonduna borcu yoxdur - DSMF
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Dövlət Sosial Müdafiə Fonduna (DSMF) heç bir borcu yoxdur.
