...

Azərbaycan xalçaları Eurovision.tv-də (VİDEO)

Cəmiyyət Materials 23 Mart 2012 16:07 (UTC +04:00)
Eurovision.tv saytı Azərbaycan xalçaları haqqında məlumat və videogörüntülər yayıb.
Azərbaycan xalçaları Eurovision.tv-də (VİDEO)

Azərbaycan, Bakı, 23 mart /Trend/

Eurovision.tv saytı Azərbaycan xalçaları haqqında məlumat və videogörüntülər yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan xalçaları öz növünə və rənglərinə görə fərqlənir. Hər bir toxunuşun öz mənası və fəlsəfəsi var. Bu barədə Trend Eurovision.tv saytına istinadən xəbər verir.

Məlumatda, həmçinin bildirilir ki, Azərbaycan xalçası insan və təbiət arasında olan təmasdan irəli gələn bir fenomendir, azərbaycalıların adət-ənənələri və həyat tərzi ilə bağlıdır.

Yaranma tarixi orta əsrlərə təsadüf edən Azərbaycan xalçaları yun, ipək və hətta qızıl və gümüş saplardan toxunub.

Məlumatda qeyd olunur ki, Azərbaycan xalçası YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Xəbər lenti

Xəbər lenti