...

"Atəşgah"ın təmirdən sonrakı görünüşü (FOTO)

Cəmiyyət Materials 6 Aprel 2012 14:32 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi və Bakının Suraxanı rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında "Atəşgah məbədi" Dövlət Tarix Memarlıq Qoruğunun təmir-abadlıq işlərinin aparılmasına başlanılıb.
"Atəşgah"ın təmirdən sonrakı görünüşü (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İ.İsabalayeva/

Mədəniyyət və Turizm Nazirliyi və Bakının Suraxanı rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında "Atəşgah məbədi" Dövlət Tarix Memarlıq Qoruğunun təmir-abadlıq işlərinin aparılmasına başlanılıb.

Suraxanı rayon İcra Hakimiyyətindən cümə günü Trend-ə verilən məlumata görə, əvvəllər "Atəşgah məbədi"nin mühafizə zolağı yox idi. Buna görə də ilk mərhələdə qoruğun mühafizə zolağının yaradılması məqsədilə onun ətrafındakı evlər köçürülüb. Artıq həmin evlərin yeri təmizlənib və ərazidə təmir işləri aparılır.

İcra Hakimiyyətindən bildirilib ki, "Atəşgah məbədi"nin qarşısında gözəl infrastruktur yaradılacaq. Qoruğun qarşısındakı geniş sahə abadlaşdırılacaq. Onun yaxınlığında maşınların saxlanılması üçün xüsusi yer ayrılacaq. Eyni zamanda, Heydər Əliyev prospektindən "Atəşgah məbədi"nə gedən yol - Səttar Bəhlulzadə prospektinin normal görüntülü olması üçün həmin yolun kənarındakı evlərin fasadlarının abadlaşdırılması nəzərdə tutulur. Artıq yolun müəyyən hissəsi təmir olunub. Yolun qalan hissəsinin də təmiri planlaşdırılır.

"Atəşgah məbədi" Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Rəşid Babai isə bildirib ki, qoruq ərazisində Atəşgah Tarix Muzeyi və ofis binası da tikiləcək. O, təmir-bərpa işlərinin 2-3 ilə tamamlanacağını bildirib. Bütün təmir-bərpa işləri dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına görüləcək.

Xəbər lenti

Xəbər lenti