...

Azərbaycan Parlamenti yol hərəkəti ilə bağlı bəzi qanunlara dəyişiklikləri qəbul edib

Cəmiyyət Materials 6 Aprel 2012 17:17 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə, "Yol hərəkəti haqqında" qanuna və Mülki Məcəlləyə əlavə və dəyişikliklərlə bağlı qanun layihələri müzakirəyə çıxarılıb.
Azərbaycan Parlamenti yol hərəkəti ilə bağlı bəzi qanunlara dəyişiklikləri qəbul edib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə, "Yol hərəkəti haqqında" qanuna və Mülki Məcəlləyə əlavə və dəyişikliklərlə bağlı qanun layihələri müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, iclasda çıxış edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, nəqliyyat vasitəsi üzərində sərəncam verməklə bağlı etibarnaməni verən şəxs öldükdə çox zaman o, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikdə problemlər yaranır. Qanunvericilikdəki bəndlər vətəndaşlar tərəfindən sui-istifadə hallarına yol açır.

Hüseynli qeyd edib ki, qanunun qəbuluna qədər əvvəllər verilən etibarnamələr öz qüvvəsində qalacaq, qanuna dəyişiklik yeni etibarnamə alanlara aid olacaq.

Mülki Məcəlləyə bununla bağlı edilən dəyişikliklərin 2012-ci il oktyabrın 1-dən qüvvəyə minməsi təklif olunur.

Digər qanun layihələrində bir sıra yol hərəkət qaydalarının pozuntusuna görə nəzərdə tutulan cərimələrin məbləğinin artırılması, cərimə ballarının 10 baldan 12 bala çatdırılması, yollarda radarların quraşdırılması ilə bağlı xəbərdaredici yol nişanlarının qoyulmasının məcburiləşdirilməsi, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan inzibati protokolun tərtib olunması barədə prosedurlar nəzərdə tutulub.

Milli Məclis hər 3 qanun layihəsini müzakirə edib və qəbul edib.

Xəbər lenti

Xəbər lenti