...

Azərbaycan və San Marino arasında turizm əlaqələrinin inkişafına dair saziş imzalanıb

Cəmiyyət Materials 12 Aprel 2012 13:47 (UTC +04:00)
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə San Marinonun Turizm, İdman və İqtisadiyyat Nazirliyi arasında turizm əlaqələrinin inkişaf etdirilməsi üzrə saziş imzalanıb.
Azərbaycan və San Marino arasında turizm əlaqələrinin inkişafına dair saziş imzalanıb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə San Marinonun Turizm, İdman və İqtisadiyyat Nazirliyi arasında turizm əlaqələrinin inkişaf etdirilməsi üzrə saziş imzalanıb.

Trend-in məlumatına görə, sənəd cümə axşamı Bakıda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və San Marinonun turizm, idman və iqtisadiyyat naziri Fabio Berardi arasında imzalanıb.

Sazişin imzalanması mərasimində çıxış edən Qarayev bildirib ki, San Marino kiçik ölkədir. Buna baxmayaraq, İtaliyaya gələn tutistlərin 50 faizi San Marinonu da ziyarət edir.

Nazir deyib ki, San Marinonun xarici siyasəti onun Azərbaycanla turizm əlaqələrinin genişləndirilməsini dəstəkləyir.

Berardi isə bildirib ki, turizm sahəsi San Marinonun inkişaf etmiş sahələri üzrə üçüncü yerdədir. O hesab edir ki, bu saziş San Marinonun Azərbaycanla turizm əlaqələrinin yaradılmasına yol açacaq.

Xəbər lenti

Xəbər lenti