...

Azərbaycanın bəzi sürüşmə əraziləri ilə əlaqədar Abid Şərifovun rəhbərliyi ilə müşavirə keçirilib

Cəmiyyət Materials 13 Aprel 2012 14:27 (UTC +04:00)
Azərbaycanın sürüşmə sahələrindəki vəziyyəti müzakirə etmək üçün bu gün Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə növbəti müşavirə keçirilib.
Azərbaycanın bəzi sürüşmə əraziləri ilə əlaqədar Abid Şərifovun rəhbərliyi ilə müşavirə keçirilib

Azərbaycan, Bakı, 13 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın sürüşmə sahələrindəki vəziyyəti müzakirə etmək üçün bu gün Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə növbəti müşavirə keçirilib.

Trend-in məlumatına görə, iclas müvafiq qurumların nümayəndələrinin iştirakı ilə keçirilib. Müşavirədə sürüşmə ərazilərindəki vəziyyət və görülməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Qeyd edək ki, son günlərdə İsmayıllı rayonunun Diyallı, Güyüm, Tircan, Lahıc, Xankəndi, Sulut, Quşencə, Xanagah, Yeniyol, İkinci Yeniyol, Qaraqaya, Vaşa, Bizlan, Müdrisə, Dvoryan kəndlərində sürüşmə sahələrində aktivlik yaranıb.

Xatırladaq ki, ölkənin bir neçə rayonunda sürüşmə sahələrinin geniş şəkildə tədqiq edilməsi üçün monitorinqlər aparılıb.

Xəbər lenti

Xəbər lenti