...

Bakı İnformasiya Agentliyinin təsisçisi şübhəli şəxs qismində saxlanılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 13 Aprel 2012 15:52 (UTC +04:00)
Bakı İnformasiya Agentliyinin təsisçisi Sudef Məcidli şübhəli şəxs qismində saxlanılıb.
Bakı İnformasiya Agentliyinin təsisçisi şübhəli şəxs qismində saxlanılıb (ƏLAVƏ OLUNUB)

Hadisənin təfərrüatları əlavə olunub (ilk xəbər saat 15:29-da yayılıb)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakı İnformasiya Agentliyinin təsisçisi Sudef Məcidli şübhəli şəxs qismində saxlanılıb.

Trend-in sualına cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, Sudef Məcidli "7gun.az" saytının rəhbəri Cavid Şirəliyevin şikayəti əsasında Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şirəliyev şikayətində Məcidlinin onu vuraraq cibindən 1250 manat pul götürdüyünü bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Məcidli həmin iş üzrə dünən şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün iş Nəsimi rayon məhkəməsinə veriləcək.

Xəbər lenti

Xəbər lenti