...

"Təmiz Şəhər" ASC Yer həftəsinə həsr olunmuş tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2012 16:48 (UTC +04:00)
Yer həftəsi ərəfəsində "Təmiz Şəhər" ASC növbəti maarifləndirmə tədbirinə imza atıb.
"Təmiz Şəhər" ASC Yer həftəsinə həsr olunmuş tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Yer həftəsi ərəfəsində "Təmiz Şəhər" ASC növbəti maarifləndirmə tədbirinə imza atıb. Aprelin 16-da ASC Azərbaycan Beynəlxalq Məktəbində (TİSA) şagirdlərlə görüş keçirib.

ASC-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşün keçirilməsində məqsəd uşaqların diqqətini bərk məişət tullantılarının ətraf mühitə təsirinin azaldılmasına yönəltmək və az istifadə, təkrar istifadə, çeşidləmə sahəsində uşaqların məsuliyyətini artırmaq olub.

"Təmiz Şəhər" ASC-nın Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov qurumun fəaliyyəti haqqında, o cümlədən Bakı şəhərində tullantıların idarə edilməsi sahəsində həyata keçirilən layihələr, ictimaiyyətin bu prosesdə rolu, tullantılardan az istifadə və təkrar istifadənin əhəmiyyətini əyani şəkildə uşaqlara nümayiş etdirib. Tədbirə dəstək olan "EkoSfera" Sosial Ekoloji Mərkəzinin əməkdaşı isə uşaqlara bərk məişət tullantılarının toplanması, daşınması və zərərsizləşdirməsi barədə məlumat verib. Həmçinin, tədbirdə "EkoSfera" Sosial Ekoloji Mərkəzi və "Təmiz Şəhər" ASC tərəfindən İçərişəhərdə və Qala qəsəbəsində həyata keçirilən üzvi və qeyri-üzvi tullantıların çeşidlənmiş şəkildə toplanması üzrə pilot layihələr barədə məlumat verilib.

Bərk məişət tullantılarının yandırılması və çeşidləmə zavodlarının 2012-ci ilin sonunadək təhvil veriləcəyini vurğulayan Oqtay Məmmədov bu müəssisələrlə əyani şəkildə tanış olmaq üçün növbəti il məktəblilərlə birgə səfərin təşkil edilə biləcəyini təklif edib.

"Təmiz Şəhər" ASC gələcəyimiz olan uşaqların ətraf mühit və tullantılarla rəftarını düzgün şəkildə formalaşdırmaq üçün maarifləndirmə tədbirlərini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti