...

Ekologiya Nazirliyi Beynəlхalq Yer Günü ilə əlaqədar tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2012 17:50 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel - Beynəlхalq Yer Günü ilə əlaqədar hər il olduğu kimi, bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Ekologiya Nazirliyi Beynəlхalq Yer Günü ilə əlaqədar tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.Mehdiyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 22 aprel - Beynəlхalq Yer Günü ilə əlaqədar hər il olduğu kimi, bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, çərşənbə günü Beynəlxalq Yer Günü ilə əlaqədar ETSN-in mütəxəssisləri Yasamal rayon 225 saylı orta məktəbin kollektivi ilə görüş keçirib.

Görüşdə məktəblilərə son illərdə ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib və məktəbliləri maraqlandıran suallar nazirliyin mütəxəssisləri tərəfindən cavablandırılıb.

Qeyd edək ki, Beynəlхalq Yer Gününün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir və tədricən beynəlxalq xarakter alaraq hazırda 150-yə yaxın ölkədə, o cümlədən respublikamızda qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən Beynəlхalq Yer Günü ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyəti fəal iştirak etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti