...

İsmayıllının millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2012 11:21 (UTC +04:00)
Aprelin 19-da Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti dəfə səfər edib.
İsmayıllının millət vəkili seçiciləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Aprelin 19-da Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti dəfə səfər edib.

İsmayıllı şəhərindəki ofisində seçicilərin hamısını fərdi qaydada qəbul edən millət vəkili diqqətlə onları dinləyib, qaldırılan məsələlər barədə əlaqədar təşkilatlara müvafiq müraciətlər ediləcəyini bildirib. Trend-in məlumatına görə, deputatın qərargahından bildirilib ki, bəzi məsələlər yerindəcə həllini tapıb. Bu görüşə 40-a yaxın sakin gəlib.

Müraciətlər əsasən torpaq islahatları, müayinə və müalicəyə köməklik edilməsi, sosial, maddi və digər yardımlar barəsində olub.

Sakinlər bildiriblər ki, müalicəyə ehtiyacı olanların bəziləri imkansızlıq səbəbindən bunu edə bilmirlər. Bu məsələdə deputat onların müayinə edilməsi üçün lazımi köməkliyin göstəriləcəyini bildirib. Bir neçə sakin müalicəyə edilən maddi yardıma görə millət vəkilinə şəxsən təşəkkür etmək üçün onun görüşünə gəlmişlər.

Məlumat üçün bildirək ki, bu günə kimi 40-dan çox müayinə və müalicəyə ehtiyacı olanlara müvafiq köməklik edilib.

Xəbər lenti

Xəbər lenti