...

TQDK şəxsiyyət vəsiqəsinin alınması prosesinin operativləşdirilməsi üçün DİN-ə müraciət edəcək

Cəmiyyət Materials 27 Aprel 2012 17:49 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şagirdlərin və abituriyentlərin şəxsiyyət vəsiqəsinin alınması prosesinin operativ qaydada həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edəcək.
TQDK şəxsiyyət vəsiqəsinin alınması prosesinin operativləşdirilməsi üçün DİN-ə müraciət edəcək

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şagirdlərin və abituriyentlərin şəxsiyyət vəsiqəsinin alınması prosesinin operativ qaydada həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edəcək.

Komissiyadan cümə günü Trend-ə verilən məlumata görə, 2012/2013-cü tədris ili üçün respublikanın orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan gənclərin imtahanlarda iştiraklarının təmin edilməsi üçün şəxsiyyət vəsiqələrinin olması labüddür (16 yaşı tamam olmuş şəxslər şəkilli, 16 yaşına çatmayanlar isə şəkilsiz şəxsiyyət vəsiqəsi).

Bunu nəzərə alaraq, buraxılış sinfini başa vuran Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqələrini operativ qaydada əldə etməlidirlər.

Xəbər lenti

Xəbər lenti