...

Azərbaycanın kənd yerlərindəki internet-köşklər 3G şəbəkəsinə qoşulacaq

Cəmiyyət Materials 29 Aprel 2012 09:38 (UTC +04:00)
Azərbaycanın kənd yerlərindəki internet-köşklər 3G şəbəkəsi vasitəsilə qlobal şəbəkəyə qoşulacaq. Bu barədə şənbə günü Trend-ə IREX təşkilatının hüquqşünası Ələkbər Məmmədli məlumat verib.
Azərbaycanın kənd yerlərindəki internet-köşklər 3G şəbəkəsinə qoşulacaq

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir H. Vəliyev/

Azərbaycanın kənd yerlərindəki internet-köşklər 3G şəbəkəsi vasitəsilə qlobal şəbəkəyə qoşulacaq. Bu barədə şənbə günü Trend-ə IREX təşkilatının hüquqşünası Ələkbər Məmmədli məlumat verib.

Məmmədlinin sözlərinə görə, respublikanın ucqar ərazilərində internet-köşklərin quraşdırılması "Elektron kənd" adlı layihə çərçivəsində həyata keçiriləcək.

"Hazırda mobil çıxışın təmin edilməsi məqsədilə əsasən GSM operatorlarının əhatə zonası nəzərdən keçirilir. Üstünlük şəbəkəsi internetə fasiləsiz çıxışı təmin edəcək şirkətə veriləcək", - Məmmədli qey edib.

Regional poçt şöbələrində quraşdırılacaq internet-köşklərin partiyası ölkəyə yaxın günlərdə çatdırılacaq. Bundan sonra onların quraşdırılmasına başlanacaq.

Qeyd edəki ki, layihə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti