...

Bakıda şadlıq sarayında içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 1 May 2012 16:20 (UTC +04:00)
Aprel ayında paytaxtın müxtəlif rayonlarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 50-yə qədər fakt aşkarlanıb.
Bakıda şadlıq sarayında içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Aprel ayında paytaxtın müxtəlif rayonlarında içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 50-yə qədər fakt aşkarlanıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, belə hallara daha çox şadlıq evləri və restoranlarda, hamam, camaşırxana, avtoyuma və kimyəvi təmizləmə məntəqələrində rast gəlinir.

ASC-nin əməkdaşları tərəfindən keçirilən sonuncu reyd zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində fəaliyyət göstərən "Dalğa-Kater" firmasına məxsus "Dalğa" şadlıq sarayında içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. ALFASU smart-kart sayğacı ilə təmin olunmuş obyektə içməli suyun verilməsi 15 mm diametrli borularla nəzərdə tutulsa da, paralel olaraq qeyri-qanuni çəkilmiş 32 mm diametrli xətdən istifadə edilirmiş. Bununla əlaqədar obyekt sahibinin iştirakı ilə fakt aktlaşdırılıb və obyektin su təchizatı dayandırılıb. "Dalğa-Kater" firmasının içməli sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "Azərsu" ASC-yə dəymiş zərər qiymətləndirilib və abunəçiyə qarşı 1825 manat 20 qəpik məbləğində cərimə tətbiqi barədə qərar çıxarılıb.

"Azərsu" bir daha abunəçilərin diqqətinə çatdırır ki, içməli sudan qeyri-qanuni istifadə etməsinlər. Belə halların aşkarlanması üçün nəzarət tədbirləri mütəmadi davam etdiriləcək və qanunsuz hərəkətlərə yol verən abunəçilər içməli su təchizatı qeyd-şərtsiz dayandırılmaqla cərimələnəcək.

Xəbər lenti

Xəbər lenti