...

Təhsil Nazirliyində ümummilli liderə həsr olunmuş tədbir keçirilib

Cəmiyyət Materials 2 May 2012 17:02 (UTC +04:00)
Təhsil Nazirliyində çərşənbə günü ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar rejissor Vaqif Mustafayevin ulu öndərə həsr etdiyi filmin iki hissəsinin nümayişi keçirilib.
Təhsil Nazirliyində ümummilli liderə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/

Təhsil Nazirliyində çərşənbə günü ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar rejissor Vaqif Mustafayevin ulu öndərə həsr etdiyi filmin iki hissəsinin nümayişi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov bildirib ki, filmdə Heydər Əliyev haqqında həqiqətlər çox yüksək səviyyədə göstərilib.

"Gənclərimizə, gələcək nəslə Heydər Əliyevin həyat və yaradıcılığını öyrənməklə bağlı materiallar lazımdırsa, bu filmlərə baxmağı tövsiyə edirik", - nazir deyib.

Mərdanov bildirib ki, məktəblilərin ümummilli liderin həyat və fəaliyyəti ilə tanış olmaları üçün Vaqif Mustafayevin filmlərinin təhsil müəssisələrində dərsdənkənar prosesdə yayılması nəzərdə tutulur.

"Biz düşünürük ki, belə filmlərin tirajı daha da çoxalsın, məktəblərdə, universitetlərdə və kitabxanalarda daha çox yayılsın. Bütün bunlar isə məktəblilərin, tələbələrin Heydər Əliyev irsini daha çox öyrənməsində böyük rol oynayacaq", - nazir çıxışında deyib.

Tədbirdə, həmçinin filmin müəllifi Vaqif Mustafayev çıxış edərək film haqqında xatirələrini bölüşüb.

Xəbər lenti

Xəbər lenti