...

Azərbaycanda ipoteka haqqında qanunvericiliyin tətbiqi ilə bağlı məhkəmə təcrübəsi ümumiləşdiriləcək

Cəmiyyət Materials 3 May 2012 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsi ipoteka kreditlərinin verilməsi ilə bağlı yaranan mübahisələrə aid məhkəmə təcrübəsini ümumiləşdirəcək.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, iyunda başlayacaq ümumiləşdirmə bütün respublika üzrə birinci instansiya məhkəmələrinin bu sahədəki fəaliyyətini əhatə edəcək.

Ümumiləşdirmə zaman "İpoteka haqqında qanun"un məhkəmələr tərəfindən tətbiqi sahəsində problemlər, bu sahədə yol verilən nöqsanlar, bankların bu istiqamətdəki fəaliyyəti öyrəniləcək.

Ümumiləşdirmə bir ay davam edəcək və nəticələri Ali Məhkəmənin Plenumunun iclasında müzakirə olunaraq qərar qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti