...

Hidayət Orucov: Azərbaycanda dini durum son dərəcə sabitdir

Cəmiyyət Materials 5 May 2012 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dini durum son dərəcə sabit və normaldır. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.

"Bu il 8 yeni icma dövlət qeydiyyatına alınıb. Bunlardan ikisi qeyri-islam təmayüllüdür. Hazırda müraciətlər var və onlara baxılır", - Orucov bildirib.

Onun sözlərinə görə, dünyəvi dövlətlər Azərbaycanın timsalında dövlət-din münasibətlərini formalaşdırıb və dövlət-din siyasətinin konsepsiyasını hazırlayıb.

"Azərbaycanda dini etiqad azadlığı sözün əsl mənasında qorunur. Bunu dünyanın bir çox ölkələri də etiraf edirlər. Azərbaycan bu sahədə çox gözəl nümunədir", - Orucov əlavə edib.

Xəbər lenti

Xəbər lenti