...

Zaqatalada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına 20 milyon manat vəsait ayrılıb

Cəmiyyət Materials 8 May 2012 19:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Zaqatala rayonunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb.
Zaqatalada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına 20 milyon manat vəsait ayrılıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Zaqatala rayonunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb.

Bu barədə çərşənbə axşamı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Trend-ə məlumat verib.

Qeyd edək ki, mayın 7-də yerli vaxtla saat 09:40 radələrindən başlayaraq Zaqatalada 4 yeraltı təkan baş verib. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, birinci zəlzələ rayon mərkəzindən 17 kilometr cənub-qərbdə, yerin 10-12 kilometr dərinliyində olub, ikinci və üçüncü təkan saat 10:38-də və 10:40-da 4,5 və 4,3 bal gücündə qeydə alınıb, dördüncü təkan isə saat 19:15-də Zaqataladan 14 kilometr cənub-şərqdə 12 ballıq cədvəl üzrə 6,0 bal gücündə baş verib.

Yeraltı təkanlar Zaqatala rayonundan başqa, Balakən, Şəki, Qax və digər ərazilərdə də hiss olunub, müəyyən dağıntılar baş verib. Zəlzələ nəticəsində insanlar arasında tələfat olmayıb. Lakin tikililərə ziyan dəyməsi, fərdi evlərin uçması və inzibati binalarda çatların əmələ gəlməsi barədə məlumatlar daxil olub.

Xəbər lenti

Xəbər lenti