Azərbaycan, Bakı, 8 may /Trend/
Azərbaycanın Moldovadakı səfirliyində ümummilli lider Heydər Əliyevə həsr edilən poçt markalarının rəsmi təqdimatı olub. Bu barədə çərşənbə axşamı Trend-ə səfirlikdən məlumat veriblər.
Təqdimatda Bolqarıstan və Belarusun fövqəladə və səlahiyyətli səfirləri Georgi Panayotov və Vyaçeslav Osipenko, Avropa Şurasının Moldovada daimi nümayəndəsi Ülvi Axundlu, Moldova Xarici İşlər və Avropa İnteqrasiyası Nazirliyinin nümayəndələri, Moldova hökumətinin digər vəzifəli şəxsləri və ictimai xadimləri, Kişinyov şəhərində akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri, Moldova Azərbaycanlılarl Konqresinin rəhbəri Vüqar Novruzov və konqresin üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünə gül dəstəsi qoyublar.
Poçt markalarının təqdimat mərasimində Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev və Moldova Poçtunun baş direktoru Vladimir Çeban çıxış ediblər.
Mərasimdə ümummilli lider Heydər Əliyevin əksi olan 4 poçt markası növü təqdim edilib.
Təqdimat zamanı bu markalardan ibarət zərflərin xüsisi suya verilmə prosesi həyata keçirilib.
Tədbir iştirakçılarına bayram furşeti verilib və hər bir iştirakçı xatirə olaraq ilk günün marka və zərflərini əldə ediblər.