...

Hacıbala Abutalıbov: “Gül bayramı” ilə bağlı istifadə olunan güllərin sayı milyonları keçib

Cəmiyyət Materials 10 May 2012 12:33 (UTC +04:00)
Azərbaycan paytaxtında keçirilən “Gül bayramı” tədbirlərinə Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan 116 ton müxtəlif növ gül gətirilib. Trend-in məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib
Hacıbala Abutalıbov: “Gül bayramı” ilə bağlı istifadə olunan güllərin sayı milyonları keçib

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan paytaxtında keçirilən "Gül bayramı" tədbirlərinə Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan 116 ton müxtəlif növ gül gətirilib. Trend-in məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bayramla bağlı istifadə olunan güllərin sayı milyonları keçib.

Abutalıbov deyib ki, Heydər Əliyevin güllərdən hazırlanmış portretinə xüsusi diqqətlə yanaşılıb.

BŞİH başçısı Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, Almaniya, Hollandiya və Fransa dizaynerlərinin birgə çalışdıqlarını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti