Azərbaycan, Bakı, 10 may / Trend müxbir K.Zərbalıyeva/
Bakının mərkəzində daha bir yol təmirə bağlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, mayın 9-u gecə saatlarından kommunikasiya xətlərinin, asfalt örtüyünün yenilənməsi və səki daşlarının dəyişdirilməsi ilə əlaqədar olaraq Bakının Nərimanov rayonunda Ağa Nemətulla küçəsində Təbriz küçəsi ilə kəsişmədən Fətəli Xan Xoyski küçəsi ilə kəsişməyədək olan hissədə yol tam bağlanıb.
Bununla əlaqədar avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək Təbriz küçəsi ilə Əhməd Rəcəbli, Koroğlu Rəhimov, həmçinin Təbriz, Yusifzadə küçəsi və digər küçələrlə alternativ yollar müəyyən edilib.
İdarə sürcülərdən bu istiqamətdə alternativ yollardan istifadə etmələrini xahiş edir.
Bakının mərkəzində daha bir yol təmirə bağlanıb
Bakının mərkəzində daha bir yol təmirə bağlanıb.
