...

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Cəmiyyət Materials 12 May 2012 12:19 (UTC +04:00)
Lənkəran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

Azərbaycan, Bakı, 12 may / Trend müxbir İ.İsabalayeva/

Lənkəran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend şənbə günü Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 11-də saat 21.20 radələrində Lənkəran şəhəri ərazisində, şəhər sakini Nazim Səfərovun idarə etdiyi "VAZ-2109" və Bakı şəhər sakini Natiq Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Nəticədə N.Səfərov hadisə yerində ölüb.

Xəbər lenti

Xəbər lenti