...

Bu gündən Eurovision vauçerlərinin biletlərə dəyişdirilməsinə başlanılılır

Cəmiyyət Materials 15 May 2012 12:55 (UTC +04:00)
Bu gün saat 15:00-dan etibarən "Eurovision 2012" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları və finalının əsas məşqlərinin (21 may, 23 may və 25 may) vauçerlərinin biletlərə dəyişdirilməsinə start veriləcək.
Bu gündən Eurovision vauçerlərinin biletlərə dəyişdirilməsinə başlanılılır

Azərbaycan, Bakı, 15 may / Trend müxbir İ.İsabalayeva/

Bu gün saat 15:00-dan etibarən "Eurovision 2012" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları və finalının əsas məşqlərinin (21 may, 23 may və 25 may) vauçerlərinin biletlərə dəyişdirilməsinə start veriləcək.

Trend çərşənbə axşamı müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, vauçerlərin biletlərə dəyişdirilməsi prosesi istirahət günləri də daxil olmaqla, hər gün "Gülüstan" sarayında saat 10:00-dan 22:00-dək həyata keçiriləcək.

Mahnı müsabiqəsinin şoularının vauçerlərini alan hər bir şəxs şəxsiyyəti təsdiq edən sənəd əsasında biletləri əldə edə bilər.

Mayın 16-dan etibarən isə "Eurovision" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları (22 may, 24 may) və final mərhələsinin (26 may) vauçerləri biletlərə dəyişdiriləcək.

Xəbər lenti

Xəbər lenti