...

Rus bölməsinin 1700-dən çox abituriyenti "Azərbaycan dili" imtahanından kəsilib

Cəmiyyət Materials 15 May 2012 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 13-də "Azərbaycan dili" fənnindən imtahan verən rus bölməsinin 1723 abituriyenti bu imtahandan kəsilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 9443 abituriyentdən 276 nəfəri imtahana gəlməyib. Onlardan 7444 nəfəri müsabiqə şərtlərini ödəyərək ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmək imkanı əldə edib.

İmtahan qaydalarını pozduğuna görə 5 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub. Abituriyentlərdən 1 nəfər imtahan binasına mobil telefon keçirməyə cəhd göstərdiyinə görə barəsində akt tərtib olunub və o, imtahana buraxılmayıb.

Cavab kartlarının emalı zamanı xüsusi kompüter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 8 nəfərin köçürməyə yol verdiyi aşkarlanıb və həmin abituriyentlərin nəticələri ləğv olunub.

Mayın 13-də keçirilən imtahandan "qeyri-məqbul" qiymət alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər iyunun 24-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti