...

Azərbaycanın dövlət qurumlarının onlayn şəffaflığı monitorinqinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 17 May 2012 13:44 (UTC +04:00)
Mayın 17-də Media Hüququ İnstitunun 2012-ci ilin fevral-may aylarında apardığı mərkəzi dövlət qurumlarının onlayn şəffaflığı monitorinqinin nəticələri açıqlanıb.
Azərbaycanın dövlət qurumlarının onlayn şəffaflığı monitorinqinin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 17 may /Trend/

Mayın 17-də Media Hüququ İnstitunun 2012-ci ilin fevral-may aylarında apardığı mərkəzi dövlət qurumlarının onlayn şəffaflığı monitorinqinin nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, Media Hüququ İnstitutunun proqram koordinatoru Xalid Ağaliyev bildirib ki, monitorinqin nəticələrinə əsasən ilk beşlikdə Vergilər Nazirliyi, Baş Prokurorluq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Mərkəzi Bank qərarlaşıb.

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı bildirib ki, təmsil etdiyi qurum 2007-ci ildən başlayaraq dövlət orqanlarının, eləcə də informasiya sahibi sayılan digər qurumların internet saytlarını monitorinq edir, həmin monitorinqin nəticələrinə əsaslanan "Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı"nı hazırlayıb təqdim edir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli son vaxtlar dövlət qurumlarının saytlarında irəliləyişlərin olduğunu bildirib və bu cür monitorinqlərin irəliləyişin əldə olunmasına şərait yaratdığını vurğulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Azərbaycanda informasiya azadlığı sahəsində atılan addımlara toxunub.

Tədbirdə professor Qulu Məhərrəmli ilk beşlikdə qərarlaşan dövlət qurumlarının təmsilçilərinə diplomlar təqdim edib.

Xəbər lenti

Xəbər lenti