...

Azərbaycanda qanunsuz yaşayan 15 əcnəbi saxlanılıb

Cəmiyyət Materials 25 May 2012 17:55 (UTC +04:00)
Xidmətdən Trend-ə verilən məlumata görə, mayın 24-25-də DMX əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarında müvafiq yoxlamalar aparılıb.
Azərbaycanda qanunsuz yaşayan 15 əcnəbi saxlanılıb

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir K.Zərbalıyeva/

Dövlət Miqrasiya Xidməti qanunsuz yaşayan 15 əcnəbini saxlayıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, mayın 24-25-də DMX əməkdaşları tərəfindən respublikanın müxtəlif regionlarında müvafiq yoxlamalar aparılıb.

Nəticədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq Bakı şəhərinin Xəzər və Nərimanov rayonu ərazilərində fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilmiş 11 əcnəbi, Biləsuvar rayonunda qeyri-qanuni küçə ticarəti ilə məşğul olan 4 əcnəbi vətəndaş saxlanılıb, barələrində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti