...

Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsi üzrə kreditin ayrılması üçün sənəd imzalanacaq

Cəmiyyət Materials 26 May 2012 12:41 (UTC +04:00)
Yaxın 1-2 ay ərzində Azərbaycan hökuməti ilə Cənubi Koreyanın İnkişaf Bankı arasında Azərbaycana 22 milyon dollar məbləğində kredit ayrılmasını nəzərdə tutan sənəd imzalanacaq.
Azərbaycanla Cənubi Koreya arasında təhsil sahəsi üzrə kreditin ayrılması üçün sənəd imzalanacaq

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 1-2 ay ərzində Azərbaycan hökuməti ilə Cənubi Koreyanın İnkişaf Bankı arasında Azərbaycana 22 milyon dollar məbləğində kredit ayrılmasını nəzərdə tutan sənəd imzalanacaq. Bunu şənbə günü Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, artıq tərəflər arasında aparılan danışıqlar sona çatmaq üzrədir. Ayrılacaq kredit hesabına Bakıda müasir tipli yeni peşə kompleksi yaradılacaq, onun müvafiq maddi texniki baza və kadr təminatı həyata keçiriləcək.

Məmmədov bildirib ki, kredit hesabına paytaxtdakı 4 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılacaq müasir tipli peşə kompleksində texnologiya sahəsi üzrə ixtisaslı kadrlar hazırlanacaq. Yeni məktəbdə texnologiya, elektroenergetika, maşınqayırma, informasiya-kommunikasiya texnologiyalarının təmiri üzrə mütəxəssislər hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti