Azərbaycan, Bakı, 29 may / Trend müxbir M.Əliyev/
Yaxın vaxtlarda Gəncədə Mətbuat Evi tikiləcək. Trend-in məlumatına görə, bu barədə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Mətbuat Evinin təməli Azərbaycanda ilk dövrü nəşrin meydana çıxıdığı gün - 22 iyulda qoyulacaq. "Mətbuat Evi beşmərtəbəli olacaq. Orada bütün regional televiziyaların nümayəndələrinin fəaliyyət göstərməsi üçün şərait yaradılacaq", - Vəliyev deyib.
İcra başçısı bildirib ki, Mətbuat Evində Gəncəyə ezam olunmuş jurnalistlər üçün hotel xidməti də olacaq.