...

Azərbaycanın bəzi ərazilərinə yağış yağacaq

Cəmiyyət Materials 29 May 2012 12:49 (UTC +04:00)
Yaxın 2 gün ərzində Azərbaycanda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanın bəzi ərazilərinə yağış yağacaq

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 2 gün ərzində Azərbaycanda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Temperatur rejimində mühüm dəyişiklik olmayacaq.

Mayın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 16-20, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 30-da hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti