Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.İsmayılov/
Bakı Dövlət Universitetinə gedən yolda fəaliyyət göstərən obyektlərin sökülməsinə başlanılıb.
Bakı Metropolitenindən Trend-ə verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə bu gündən "Elmlər Akademiyası" metrostansiyasının ikinci çıxışının və AMEA-nın yeni kitabxanasının tikintisi ilə bağlı ticarət və iaşə obyektlərinin sökülməsinə başlanılıb.
Məlumata görə, söküntü işləri iyunun 2-də başa çatacaq.
"Elmlər Akademiyası" metrostansiyasının ikinci çıxışının tikintisi ilə bağlı 18 obyektin sökülməsinə qərar verilib.