...

Azərbaycan QHT-ləri Avropa Parlamentini qərəzlilikdə suçlayır

Cəmiyyət Materials 31 May 2012 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Avropa Parlamentinin Azərbaycandakı vəziyyəti qeyri-obyektiv şəkildə qiymətləndirən, onun beynəlxalq imicinə zərbə vurmağa yönələn qərəzi və ziddiyətli qətnamə qəbul etməsi bu qurumun ölkəmizə və xalqımıza münasibətinin səmimiliyini şübhə altına alır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan QHT-lərinin Avropa Parlamentinin mayın 24-də qəbul etdiyi "İnsan hüquqları, demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə ilə bağlı bəyanatında bildirilir.

Bəynatda qeyd olunub ki, belə yanaşma Avropa İttifaqının Yaxın Qonşuluq və Şərq Tərəfdaşlığı siyasətinin iflasına gətirib çıxara bilər.

"Belə ki, ölkəmizin gələcəyini birmənalı olaraq Avropaya inteqrasiyada görən vətəndaş cəmiyyətində də artıq bu əməkdaşlığın faydaları və prosesdə ədalətin təmini məsələsi ilə bağlı tərəddüdlər yaranmağa başlayıb. Hesab edirik ki, cəmiyyətdə belə əhval-ruhiyyənin güclənməsi gələcəkdə qurumla assosiativ üzvlük məsələsi barədə qərarı qəbuluna təsir göstərə bilər. Ümid edirik ki, Avropa Parlamenti qeyd edilən məqamları təkrar nəzərdən keçirəcək, öz siyasətində adekvat düzəlişlər edəcək və Azərbaycanda ictimai nüfuzunu bərpa etmək üçün düşünülmüş səylər göstərəcək", - bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti