...

Turizm Assosiasiyası: Suriyadakı proseslər Azərbaycandan həmin ölkəyə turistlərin getməsinə təsir göstərməyib

Cəmiyyət Materials 1 İyun 2012 16:44 (UTC +04:00)
Suriyada baş verən son siyasi proseslər Azərbaycandan həmin ölkəyə turistlərin getməsinə təsir göstərməyib.
Turizm Assosiasiyası: Suriyadakı proseslər Azərbaycandan həmin ölkəyə turistlərin getməsinə təsir göstərməyib

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İ.İsabalayeva/

Suriyada baş verən son siyasi proseslər Azərbaycandan həmin ölkəyə turistlərin getməsinə təsir göstərməyib. Bunu cümə günü Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Misirdə baş verən siyasi proseslər həmin ölkəyə gedən turistlərin sayına təsir göstərmişdi. Çünki Azərbaycandan Misirə turistlər gedirdi. Amma Suriyada siyasi proseslər gərginləşənə qədər də Azərbaycandan bu ölkəyə çox az sayda turist gedib. Həmin ölkəyə il ərzində gedən Azərbaycan turistlərinin sayı təxminən 100 olub.

Bağırov bu rəqəmin azlığını Suriyanın Azərbaycan turistləri üçün elə də əhəmiyyətli yer olmaması ilə izah edib.

Qeyd edək ki, Suriyada ötən ilin martından etibarən hökumət əleyhinə etiraz aksiyaları davam edir. BMT-nin verdiyi rəsmi açıqlamaya görə, Suriyada münaqişələrin başladığı gündən minlərlə insan ölüb.

Xəbər lenti

Xəbər lenti