...

Ermənistanda əhalinin təbii artımı ölüm səviyyəsindən geri qalmağa başlayacaq

Cəmiyyət Materials 11 İyun 2012 18:33 (UTC +04:00)
2012-ci ilin birinci rübündə Ermənistanda əhalinin təbii artımı azalıb. Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Ermənitsan Milli Statistika Xidmətinin Əhalinin siyahıya alınması və demoqrafiya şöbəsinin müdiri Karine Kuyumcyan bildirib.
Ermənistanda əhalinin təbii artımı ölüm səviyyəsindən geri qalmağa başlayacaq

Azərbaycan, Bakı, 11 iyun /Trend/

2012-ci ilin birinci rübündə Ermənistanda əhalinin təbii artımı azalıb. Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Ermənitsan Milli Statistika Xidmətinin Əhalinin siyahıya alınması və demoqrafiya şöbəsinin müdiri Karine Kuyumcyan bildirib.

"2012-ci il aprelin 1-nə olan məlumata görə, Ermənistanda 9569 körpə dünyaya gəlib ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz azdır. 2012-ci ilin birinci rübü ərzində əhalinin təbii artımı 2011-ci ilin analoji dövrünə (2360 nəfər) nisbətən 31,5 faiz azalaraq 1616 nəfər təşkil edib", - o bildirib.

Kyumcyanın sözlərinə görə, göstərilən məlumatlar respublikada təbii artımın azaldığını təsdiq edir. O əlavə edib ki, respublikada doğum göstəriciləri daha çox Sünik (9,9 promil), Lori (10,4 promil) və Qeqarkunik (10,9 promil) vilayətlərində aşağıdır.

"Sünik və Lori vilayətlərində doğum səviyyəsi həmişə aşağı olub ki, bu da ilk növbədə bu vilayətlərdən əhalinin miqrasiyası ilə bağlıdır, lakin Qeqarkunik vilayəti bu siyahıya yalnız bu il düşüb", - o deyib.

Demoqraf Ruben Yeqanyan qeyd edib ki, respublikada doğum səviyyəsinin azalması ilk növbədə respublikanın ağır sosial-iqtisadi böhran yaşadığı dövrdə - ötən əsrin 90-ci illərinin əvvəlində anadan olanların reproduktiv yaşa qədəm qoyması ilə bağlıdır.

"Ölkə üçün ağır olan həmin dövrdə Ermənistanda doğum səviyyəsi xeyli azalıb. Hazırda reproduktiv dövrə həmin illərin nəsli qədəm qoyur və onların sayı az olduğundan onlardan doğulan uşaqlar çox ola bilməz", - o qeyd edib.

Yeqanyan məlumat verib ki, Ermənistanda doğum səviyyəsinin azalmasına hazırda digər faktorlar da təsir edir. Bunlar arasında ölkə rəhbərliyinin doğumun artımını stimullaşdırmaq və əhalinin xaricə miqrasiyası üzrə həyata keçirdiyi tədbirlərin səmərəsiz olması da var.

Onun sözlərinə görə, bu şəraitdə 5-6 ildən sonra Ermənistanda təbii artım ölüm səviyyəsindən geri qalmağa başlayacaq.

Xəbər lenti

Xəbər lenti