...

Bakıda "Məzun" əmək yarmarkası keçiriləcək

Cəmiyyət Materials 19 İyun 2012 16:00 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iyunun 20-də "Məzun" əmək yarmarkası keçiriləcək.
Bakıda "Məzun" əmək yarmarkası keçiriləcək

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iyunun 20-də "Məzun" əmək yarmarkası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeddinci dəfə keçiriləcək yarmarka Azərbaycan Dövlət İqtisad Universitetində gerçəkləşəcək.

"Məzun 2012" əmək yarmarkasında 80-dən çox holdinq, şirkət, bank və dövlət qurumu tərəfindən 35 universitetin məzunlarına 800-ə yaxın iş yeri təklif ediləcək.

Builki məzun yarmarkasının fərqli cəhətlərindən biri işəgötürənlər arasında digər ölkələrdə (Gürcüstan, Türkiyə, Rusiya, Kanada) fəaliyyət göstərən şirkətlərin də iştirak etməsidir. Eyni zamanda, təşkilat komitəsi tədbir barədə məlumatın daha geniş auditoriyaya çatdırılması məqsədilə müasir texnologiyalardan istifadə edərək internetdəki sosial şəbəkə qruplarına müraciət edib. Nəticədə Türkiyə, Gürcüstan, Rusiyan və Şimali Kiprin ali təhsil ocaqlarında təhsilini bitirmək üzrə olan azərbaycanlı məzunlar CV-lərini təşkilat komitəsinə göndərib, komitə isə, öz növbəsində, həmin CV-ləri yarmarkada iştirak edən şirkətlərə çatdırıb.

Yarmarkada tam demokratik və şəffaflıq şəraitində məzunların (tələbə və magistrlərin) dövlət və biznes strukturlarının nümayəndələri ilə görüşlər təşkil edilir, nəticədə ən qabiliyyətli və perspektivli məzunlar daimi iş yerləri ilə təmin edilirlər. Bununla da, məşğulluğun yüksədilməsi, sahibkarlığın inkişafı və yoxsulluğun azaldılması üzrə ölkə Prezidentinin proqramları praktiki olaraq reallaşdırılır.

Xəbər lenti

Xəbər lenti