...

Dünya Memarlar İttifaqının baş katibi İçərişəhərdəki bərpa işlərinə qiymət verib

Cəmiyyət Materials 20 İyun 2012 14:21 (UTC +04:00)
Dünya Memarlar İttifaqının baş katibi Mişel Barmaki İçərişəhərdə aparılan bərpa işlərini yüksək qiymətləndirib.
Dünya Memarlar İttifaqının baş katibi İçərişəhərdəki bərpa işlərinə qiymət verib

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

Dünya Memarlar İttifaqının baş katibi Mişel Barmaki İçərişəhərdə aparılan bərpa işlərini yüksək qiymətləndirib. Trend-in məlumatına görə, baş katib çərşənbə günü jurnalistlərə müsahibəsində bildirib ki, İçərişəhərdə aparılan bərpa işlərini çox bəyənib.

Onun sözlərinə görə, Bakıya səfərinin əsas məqsədi şəhərdəki arxitektura ilə tanış olmaq və bununla bağlı öz tövsiyələrini verməkdir.

"Şəhərin arxitekturasını xoşuma gəldi və gedəcəyim səfərlərdə bu barədə danışacağam. Misal olaraq da qısa müddətdəki inkişafı qeyd edəcəyəm. Azərbaycanın 20 il müddətində əldə etdiyi inkişafa digər ölkələrdə 100 ilə nail olmaq mümkündür", - o deyib.

Baş katib bildirib ki, Bakıda hazırda baş planın hazırlanması üzrə mütəxəssislər var.

Xəbər lenti

Xəbər lenti