...

Azərbaycan universitetində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası yaradılır

Cəmiyyət Materials 22 İyun 2012 18:27 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanasının yaradılması barədə razılıq əldə olunub.
Azərbaycan universitetində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası yaradılır

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycan Dövlət İqtisad Universitetində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanasının yaradılması barədə razılıq əldə olunub.

Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən cümə günü Trend-ə verilən məlumata görə, bununla bağlı razılıq Daimi Nümayəndəliyin apardığı fəaliyyət nəticəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əldə olunub.

Təşkilatın Depozitariya Kitabxanasının məqsədi üzv ölkələrə əqli mülkiyyət, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəaliyyətləri və xidmətləri barədə məlumatların yayılmasının artırılmasından ibarədir. Bu xüsusda, 20 ölkənin universitetlərində təşkilatın 31 Depozitariya Kitabxanası yaradılıb və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nəşrləri həmin kitabxanalara ödənişsiz əsasda təqdim olunub.

Eyni zamanda, Daimi Nümayəndəliyin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində bir müddət bundan əvvəl Ümumdünya Ticarət Təşkilatının İstinad Mərkəzi yaradılıb. Sözügedən Mərkəzin lazımi avadanlıqlarla və informasiya-resurs materialları ilə təmin olunması Ümumdünya Ticarət Təşkilatının Katibliyi tərəfindən həyata keçirilib. Mərkəz dövlət və biznes strukturlarının, ali məktəb tələbələri və müəllimlərinin, bir sözlə, istənilən fiziki və hüquqi şəxsin ÜTT haqqında hər bir məlumat əldə etməsinə imkan verir.

Bununla yanaşı, Daimi Nümayəndəliyin təklifi ilə Azərbaycan Dövlət İqtisad Universiteti BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Virtual İnstitutuna üzv qəbul edilib. Virtual İnstitutun məqsədi, ali təhsil ocaqlarının ticarət, inkişaf, investisiya sahələrində tədris və tədqiqat potensiallarının artırılmasından ibarətdir.

Həmçinin, hər il Azərbaycanın ali təhsil ocaqlarının nümayəndələri Cenevrə şəhərində yerləşən beynəlxalq təşkilatlar tərəfindən müəllimlər üçün təşkil olunan təlim və kurslarda iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti