...

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları BMT-nin sessiyasında iştirak ediblər

Cəmiyyət Materials 27 İyun 2012 15:53 (UTC +04:00)
18-22 iyunda Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun 3-cü sessiyası keçirilib. Tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları BMT-nin sessiyasında iştirak ediblər

Azərbaycan, Bakı, 27 iyun /Trend/

18-22 iyunda Vyana şəhərində BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv Dövlətləri Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun 3-cü sessiyası keçirilib. Tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Sessiyada Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və BMT-nin Narkotiklər və Cinayətkarlıq Əleyhinə İdarəsi Katibliyinin əməkdaşlarının, həmçinin Bosniya və Herseqovina, Qvatemala Respublikasının ekspertlərinin birgə səyləri nəticəsində tərtib edilmiş Azərbaycan Respublikasının Konvensiyanın bir sıra maddələrinin implementasiyasına dair hesabat layihəsinin müzakirəsi aparılıb.

Bundan başqa, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının bəzi müddəalarının implementasiyası çərçivəsində dəyərləndiriləcək dövlətlərin püşkatma yolu ilə seçimi həyata keçirilib. Püşkatma prosesində Azərbaycan Respublikası Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət qismində seçilib.

Korrupsiya əleyhinə BMT Konvensiyasına üzv Dövlətlərin Konfransının İmplementasiya üzrə Nəzarət Qrupunun növbəti sessiyasının cari ilin avqustunda keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti