...

Azərbaycan çaylarında yenidən daşqınlar baş verəcək

Cəmiyyət Materials 29 İyun 2012 15:02 (UTC +04:00)
Yaxın günlərdə Azərbaycanın bəzi çaylarından yenidən qısamüddətli daşqınlar baş verəcəyi və sel olacağı proqnozlaşdırılır.
Azərbaycan çaylarında yenidən daşqınlar baş verəcək

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

Yaxın günlərdə Azərbaycanın bəzi çaylarından yenidən qısamüddətli daşqınlar baş verəcəyi və sel olacağı proqnozlaşdırılır. Bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, qısamüddətli daşqınlar və sel respublikanın bəzi ərazilərində iyunun 30-u və iyulun 1-də gözlənilən yağışlarla əlaqədar baş verəcək. Bunun nəticəsində çaylarda sululuq artacaq.

Verdiyev deyib ki, daşqınlar və selin respublikanın dağ çaylarında baş verəcəyi gözlənilir.

Baş hidroloq bildirib ki, iyununun 28-də günün II yarısından başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişməsi, bəzi yerlərdə leysan xarakterli yağış yağması nəticəsində həmin gün 11:00-da Goranboydakı Goran çayında suyun səviyyəsi 48 sm, Daşkəsəndəki Dəstəfur çayında 1 metr 50 sm artıb. Hazırda çaylarda suyun səviyyəsində azalma müşahidə olunur.

Verdiyev hazırda Kür və Araz çaylarında da vəziyyətin stabil olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti