...

Azərbaycanda magistraturaya qəbul imtahanlarının yekun nəticələri açıqlandı

Cəmiyyət Materials 2 İyul 2012 19:27 (UTC +04:00)
Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul imtahanlarının yekun nəticələri açıqlanıb.
Azərbaycanda magistraturaya qəbul imtahanlarının yekun nəticələri açıqlandı

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul imtahanlarının yekun nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, 2012/2013-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələri iyulun 2-də saat 19:30-dan etibarən Komissiyanın internet saytında yerləşdiriləcək.

Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə biləcəklər.

Qəbul olunanların siyahısı iyulun 3-də "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, 5020 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3303 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1717 nəfəri isə əvvəlki illərin məzunudur.

Qəbul olanların 2281 nəfərini oğlanlar, 2739 nəfərini isə qızlar təşkil edir.

Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2012-ci il iyulun 3-dən 12-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Xəbər lenti

Xəbər lenti