...

ARDNŞ qanunsuz tikililərlə bağlı təkliflər hazırlayır

Cəmiyyət Materials 4 İyul 2012 13:52 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) öz sənaye ərazilərində yerləşən qanunsuz tikililərlə bağlı təklifləri ölkə rəhbərliyinə təqdim edəcək.
ARDNŞ qanunsuz tikililərlə bağlı təkliflər hazırlayır

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) öz sənaye ərazilərində yerləşən qanunsuz tikililərlə bağlı təklifləri ölkə rəhbərliyinə təqdim edəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu təkliflər işlənmə və sənaye istehsalı üçün nəzərdə tutulan torpaqları, habelə perspektivli sahələri əhatə edəcək.

Əgər artıq mövcud olan tikililər neft və qazın normal hasilatına, habelə digər istehsalat proseslərinə mane olmayacaqsa, onların sahiblərinə qarşı heç bir tədbir görülməyəcək.

Xəbər lenti

Xəbər lenti