...

DSMF-nin loqosunun hazırlanması ilə bağlı müsabiqə davam edir

Cəmiyyət Materials 6 İyul 2012 10:53 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu loqosunun hazırlanması ilə bağlı elan etdiyi müsabiqə davam edir.
DSMF-nin loqosunun hazırlanması ilə bağlı müsabiqə davam edir

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu loqosunun hazırlanması ilə bağlı elan etdiyi müsabiqə davam edir. Bu barədə Trend-ə Fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.

O bildirib ki, müsabiqə Dövlət Sosial Müdafiə Fondunun 20 illik yubileyinin qeyd edilməsi ilə bağlı "Tədbirlər planı"na uyğun olaraq keçirilir.

"Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar Azərbaycan Prezidentinin 31 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu haqqında "Əsasnamə"yə uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətlərini özündə əks etdirən loqo işləyib hazırlamalı və 15 sentyabr 2012-ci il tarixə kimi Komissiyaya (Ünvan: Az 1122 Bakı şəhəri, H.Zərdabi prospekti 80, əlaqə telefonu: 434-60-12, e-mail:[email protected]) təqdim etməlidirlər", - Babayev qeyd edib.

Onun sözlərinə görə, loqonun hazırlanması ilə əlaqədar müsabiqənin təşkil olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun əmri ilə Fondun Aparatında xüsusi komissiya yaradılıb. Müsabiqədə I yeri tutan qalib 1000 (bir min) manat məbləğində pulla mükafatlandırılacaq.

Xəbər lenti

Xəbər lenti