...

İranın xəbər saytları Əhmədinejadı tənqid edən saytın bağlanmasına etiraz edirlər

Cəmiyyət Materials 10 İyul 2012 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir T.Cəfərov/

Mahmud Əhmədinejad hökumətini tənqid edən parlament nümayəndəsi Əhməd Təvəkküliyə aid "Əlif" xəbər saytının bağlanmasına etiraz əlaməti olaraq 23 xəbər saytı birgə bəyanat yayıb. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Ötən gün Tehran prokurorluğunun göstərişi ilə "Əlif" saytının fəaliyyəti dayandırılıb. Saytın bağlanmasının səbəbləri açıqlanmayıb, lakin İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi saytın bağlanmasının qanuni olduğunu vurğulayıb.

Birgə bəyənatı İranın 23 tanınmış xəbər saytı, o cümlədən rajanews, fardanews, mashreghnews, fararu, siratnews, 598, bultannews, iran diplomatic və s. imzalayıb. Onlar "Əlif" saytının fəaliyyətinin tezliklə bərpa olunmasını tələb ediblər.

Cari ilin mart ayında "Əlif" saytı ABŞ Dövlət Departamentinin farsdilli sözçüsü Alan Eyrlə müsahibə almaq üçün öz oxucularına müraciət və onları bu müsahibə üçün sullar verməyə dəvət etmişdi. Saytın bu addımı İran hökumətinin kəskin etirazına səbəb olmuşdu və İslami İrşad və Mədəniyyət Nazirliyi bəyanat yayaraq bu hərəkəti tənqid etmişdi. Hökumətə yaxın saytlar isə "Əlif" saytını ABŞ-ın tribunası olmaqda ittiham etmişdilər.

Xəbər lenti

Xəbər lenti