...

Azərbaycanın şəhər və rayon yol polisi idarələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 İyul 2012 10:24 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsində çərşənbə günü 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Azərbaycanın şəhər və rayon yol polisi idarələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub, başlıq dəyişdirilib (ilk xəbər dünən saat 18:33-də yayılıb).

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Baş Dövlət Yol Polisi İdarəsində çərşənbə günü 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib.

İdarənin şöbə rəisi Kamran Əliyev çərşənbə günü Trend-ə bildirib ki, müşavirədə 6 ay ərzində görülən işlər, mövcud problemlər müzakirə edilib.

İdarədən Trend-ə verilən məlumata görə, müşavirədə ağır yol qəza hadisələrinin baş verməsindən narahatlıq bildirilib.

Yol qəzalarının və qayda pozuntularının sayının artdığı və bu istiqamətdə zəif mübarizə aparılan şəhər, rayon yol polisi şöbə və bölmə rəhbərlərinə ciddi xəbərdarlıqlar edilib. Onlara problemlə mübarizə məqsədilə təxirəsalınmaz ciddi tədbirlərin görülməsi tapşırılıb.

Həmçinin, müşavirədə yol qəzalarının sayının azaldılması istiqamətində zəruri tədbirlərin gücləndirilməsi qərara alınıb.

Azərbaycanda bu ilin 6 ayında 1278 yol qəzasında 436 nəfər həlak olub, 1361 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəzaların 533-ü (148 ölüm, 584 xəsarət) Bakıda qeydə alınıb.

Şöbə rəisi deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzalar 86 fakt azalıb, ölüm 3 fakt artıb, xəsarət isə 104 fakt azalıb. Qəzaların 461-i (141 ölüm, 639 xəsarət) toqquşma, 466-sı (148 ölüm, 352 xəsarət) piyadavurma, 132-si (69 ölüm, 139 xəsarət) aşma olub.

Qeydə alınan yol qəzalarının 343-ü (152 ölüm, 316 xəsarət) avtomobilin yüksək sürətlə idarə olunması, 318-i (104 ölüm, 457 xəsarət) ötmə qaydalarının pozulması, 117-si (27 ölüm, 146 xəsarət) yolayrıcını keçmə qaydalarının pozulması səbəbindən baş verib.

Bu ilin birinci yarısında avtobuslar tərəfindən 54 yol qəzası törədilib, nəticədə 27 nəfər ölüb, 77 nəfər xəsarət alıb.

Yol qəzalarında 21 uşaq dünyasını dəyişib, 97 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər lenti

Xəbər lenti