...

TQDK bakalavrların müraciətlərini araşdırır

Cəmiyyət Materials 20 İyul 2012 12:45 (UTC +04:00)
TQDK magistraturaya daxil olub qeydiyyatdan keçə bilməyən bəzi bakalavrların müraciətlərini araşdırır. Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib
TQDK bakalavrların müraciətlərini araşdırır

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İsabalayeva/

TQDK magistraturaya daxil olub qeydiyyatdan keçə bilməyən bəzi bakalavrların müraciətlərini araşdırır. Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, komissiyaya üzrlü səbəbdən qeydiyyatdan keçə bilməyən şəxslərin müraciətləri daxil olur.

"15-ə yaxın belə ərizə var. Hazırda bu ərizələrin araşdırılması aparılır. Magistraturaya qəbul olub qeydiyyatdan keçməyənlərin yerlərinə boş qalan yerlərlə birgə əlavə yerləşdirmə aparılacaq" Abbaszadə əlavə edib.

TQDK sədri deyib ki, Azərbaycanda növbəti tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul olan şəxslərin 60 faizi daxil olduqları ali məktəbdə qiyabi, 40 faizi isə əyani təhsil forması üzrə qeydiyyatdan keçib. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq abituriyentlər və bakalavrlar ali məktəblərə daxil olduqdan sonra qeydiyyatdan keçərkən təhsil formasını (əyani və ya qiyabi) öz istəkləri ilə seçə bilərlər.

TQDK sədri bildirib ki, magistraturaya daxil olan şəxslərin 90 faizi daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti